ABŞ prezidenti Donald Tramp Rusiyaya zərər vermək niyyətində olmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə prezident "Truth" sosial şəbəkəsində paylaşımında yazıb.
“Mən Rusiyaya zərər vermək istəmirəm. “Mən rus xalqını sevirəm və həmişə Putinlə çox yaxşı münasibətdə olmuşam ”, – Siyasətçi yazıb.
Tramp həmçinin Putini xüsusi hərbi əməliyyatları dayamdırmağa çağırıb: "Unutmamalıyıq ki, Rusiya İkinci Dünya Müharibəsində qalib gəlməkdə bizə kömək edib. İndi iqtisadiyyatı çökməkdə olan Rusiyaya böyük bir yaxşılıq etmək istəyirəm. Gəlin, bu axmaq müharibəni indi dayandıraq! Müharibə vəziyyəti daha da pisləşdirəcək. Əgər tezliklə razılığa gələ bilməsək, Rusiyanın ABŞ-yə satdığı bütün məhsullara yüksək vergi, rüsum və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq. Bu müharibə bitməlidir! Bu, yaxşı şəkildə bitsə, daha yaxşıdır".