13:26
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentin yaz sessiyası dövründə Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımı, təcavüz, etnik təmizləmə və müharibə cinayətlərinin insan hüquqları aspektində geniş ictimaiyyətə çatdırılması nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, iş planında Vətən müharibəsində qələbədən sonra Qərbi azərbaycanlıların hüquqları kontekstində ictimai dinləmə və dəyirmi masaların keçirilməsi və digər məsələlər öz əksini tapıb.

Bununla yanaşı, yaz sessiyasında rəqəmsal məkanda vətəndaşların hüquqlarının qorunması, süni intellekt və insan hüquqları, media savadlılığı ilə əlaqədar, ekoloji insan hüquqlarına dair müzakirələrin təşkili, habelə ölkənin insan hüquqları təsisatları qarşısında duran strateji vəzifələrlə bağlı aidiyyəti qurumlarla görüşlərin keçirilməsi və bir sıra digər tədbirlər planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər