25 Yanvar 04:42
302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton istiqamətində uçan təyyarənin təcili enişi zamanı Laqosda (Nigeriya) 38 nəfər travma alıb.

Teleqraf.com xəbər verir ki, içərisində 245 sərnişin və 11 ekipaj üzvün olan təyyarə qəfildən hündürlükdə qərar tuta bilməyib, bundan sonra ekipaj komandiri Laqosa qayıtmağa qərar verib.

Dörd sərnişin və iki ekipaj üzvü ağır zədə alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri hələlik məlum deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər