21 Yanvar 2021 16:31
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda yerləşən dünyanın ən böyük peyvənd fabrikində yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, yanğın fabrikin birinci giriş qapısında baş verib.

Yanğını söndürməyə xeyli sayda yanğınsöndürən dəstəsi cəlb edilib.

Hadisənin səbəbi və itkilərin sayı hələ ki məlum deyil.

Qeyd edək ki, bu fabrikdə aşağı gəlirli ölkələr üçün AztraZeneca və Oxford əczaçı şirktlərinin birgə hazırladığı vaksin istehsal olunur.

İstehsalçı firmanın açıqlmasına görə, yanğın vaksin istehsalına ciddi təsir etməyəcək.


Müəllif: Aysel Azad