Bu ilin 11 ayında qeyri-neft ixracında meyvə-tərəvəz ixracı 20,32 faiz olub.
Teleqraf.com gömrük statistikasına istinadən xəbər verir ki, plastmass və ondan hazırlanan məmulatların qeyri-neft ixracında payı 11,67 faiz olub. Bu, məmulatlar qeyri-neft ixracının strukturunda ikinci sırada qərarlaşıb.
Qeyri-neft ixracında pambıq lifinin payı 5,50 faiz olub. 2024-cü ilin 10 ayının gömrük statistikasının müqayisəsi göstərir ki, pambıq lifinin qeyri-neft ixracında payı azalıb.
Qeyri-neft ixracında əsas yerləri tutan elektrik enerjisi, çay, aliminium və ondan hazırlanan məhsuların da ixracda payı azalıb.