14 İyul 2016 10:58
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin əvvəlindən ölkə əhalisinin sayı 41,8 min nəfər və ya 0,4% artaraq 2016-cı il iyun ayının 1-i vəziyyətinə 9 milyon 747 min 400 nəfərə çatıb.


Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.


Ölkə əhalisinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.


Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 65 min 300 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 təşkil edib. Doğulan körpələrin 53,2%-i oğlan, 46,8%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 1174-ü əkiz, 30-u isə üçəm doğulub.

Cari ilin yanvar-may ayları ərzində ölkədə 24 min 300 min ölüm halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 olub.


Müəllif:

Oxşar xəbərlər