1 Avqust 2016 18:43
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) bu ilin iyul ayında Novorossiysk limanından 79 min 992 ton, Supsa limanından 274 min 676 ton, Ceyhan limanından 1 milyon 569 min 86 ton xam neft ixrac edib.

SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, ümümilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 559 min 65 ton, Supsa limanından 1 milyon 491 min 744 ton, Ceyhan limanından 10 milyon 105 min 879 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər