23 Avqust 2016 16:08
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidməti 7 nəfəri batmaq təhlükəsindən qurtarıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Xəzər rayonunda 4 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olduqda Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil verib.

Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat alan Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, vətəndaşı sudan çıxararaq aidiyyati üzrə təhvil verib.

Növbəti hadisə də Xəzər rayonu ərazisində baş verib. 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi xəbərini alan Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri onları sudan çıxarıb və aidiyyati üzrə təhvil verib.

Hər üç hadisə bu gün günorta radələrində baş verib.


Müəllif:

Oxşar xəbərlər