11 Sentyabr 2016 10:30
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Belarusda parlament seçkiləri keçirilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Belarus Milli Məclisinin Nümayəndələr Palatasına (parlamentin aşağı palatası) seçkilərdə 7 milyona yaxın seçicinin səs verməsi üçün 6 min 18 seçki məntəqəsi açılıb.

Nümayəndələr Palatasına seçkilərdə 110 yer uğrunda 484 namizəd mübarizə aparır. Seçkiləri yerli i və beynəlxalq müşahidəçilər izləyirlər. Seçki məntəqələri yerli vaxtla saat 20:00-da başa çatacaq. Seçkinin nəticələrinin bu gecə açıqlanacağı gözlənilir


Müəllif: