Bu haqda “Deloitte & Touche LLC” şirkətinin araşdırması zamanı məlum olub
Deloitte & Touche LLC şirkəti 2016-cı il üçün MDB banklarının mobil əlavələrinin araşdırılması ilə bağlı nəticəni açıqlayıb. Araşdırmanın nəticəsində Azərbaycan bank sektorunda öz çoximkanlı və unikal xidmətləri ilə seçilən Unibank Mobile, MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub. Deloitte şirkətinin bir sıra MDB ölkələrində yerləşən ofislərində aparılan yerli mobil əlavələrinin ekspes analizi nəticəsində, Azərbaycan bank sistemində ən qabaqcıl mobil banking xidmətinin, məhz Unibankın mobil banking sistemi olduğu qərarına gəlinib.
Funksionallıq baxımından, Unibank Mobile Rusiyanın ilk 5-liyində gedən mobil banking sistemləri ilə eyni səviyyədə qiymətləndirilib. Deloitte ekspertləri hesab edir ki, Unibank Mobile-ın interfeysi, funksionallığı və naviqasiyası, Rusiyanın ən yaxşı mobil banking xidmətinə malik “Тинькофф Банк”la oxşardır. Hətta müştərilərinə verdiyi xidmət imkanlarına görə “Tinkoff Bank”dan üstünlukləri də var. Məsələn, tətbiq olunmuş sənədlərin əslini təqdim etmədən hesab açarkən müştərinin müəyyənləşdirilməsi (identifikasiya) imkanı Unibankın mükəmməl bir mobil əlavəyə malik olmasının göstəricisidi. Bu imkan Rusiya bazarında hələ tətbiq olunmayıb.
Deloitte-nin araşdırmasında vurğulanır ki, Unibank Mobile Azərbaycanın mobil banking xidmətində imkanlarına və müştərilərin istifadəsinə görə lider mövqedədir. Üstülüklər sırasında bankın filial və bankomatlarının marşrutunun göstərilməsi, tranzaksiyaların statuslarına baxmaq imkanı, xüsusi təkliflərin bildirişi üçün geolokasiyalardan istifadə, aylıq ödənişlərin avtomatik həyata keçirilməsi üçün şablonunun yaradılması və digər imkanlar vurğulanır.
Araşdırmada Unibank Mobile-a qoşulmanın bir neçə üsulunun olması, ödənişlərdə çox variantlılıq, bir çox məhsulların, xidmətlərin banka getmədən sifarişi, istifadəsi üçün müştəriyə seçim imkanlarının yaradılması və digər imkanlar bu mobil əlavənin bazardakı digər banking xidmətlərindən üstünlüyü kimi qeyd olunur.
Qeyd edək ki, Unibank ilk mərhələdə müştəri bazasının 25-30 faizinin mobil banking xidmətindən faydalanmasında maraqlıdır. Hədəf Unibank müştərisinin banka gəlmədən, bütün bank məhsul və xidmətlərinin 90-95 faizindən öz telefonunda istifadə etmək imkanının yaradılmasıdır. Qoşulması çox asan olan Unibank Mobile bankın müştərisinə təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank-hər kəsin bankı!