27 Sentyabr 2016 14:05
1 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda baş verən qətlin təfərrüatı məlum olub.

Teleqraf.com-un Report-a istinadən verdiyi məlumata görə, qətl hadisəsi Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən körpünün üzərində baş verib.

Məlumata görə, 21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Belə ki, M.Quliyev bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.

N.Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev dünyasını dəyişib.

Qeyd edək ki, qətlə yetirən və qətlə yetirilən Ağdam rayonundan məcburi köçkün düşən şəxslərdir.


Müəllif:

Oxşar xəbərlər