6 Oktyabr 2016 12:04
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu il müəllim olmaq üçün 31 min 779 nəfər müraciət edib”.

Teleqraf.com-un məlumatına görə, bunu Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

Eşqi Bağırov bildirib ki, mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsinə əsasən ümumilikdə 2365 nəfər müəllim adı qazanıb: “İlkin yerləşdirilmədə ümumilikdə 3385 vakansiya elan edilsə də, sonradan yeni açılan siniflər, dərs saatlarının çoxalması səbəbindən ikinci əlavə yerləşdirmədə daha 242 vakant yer çıxarılıb”.

Nazirlik rəsmisi qeyd edib ki, bu il müəllim adı qazanmış müəllimlərdən 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib: “ Ötən il bu rəqəm 1100-1200 civarında idi”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər