Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti 15 oktyabr-15 noyabr 2016-ci il tarixlərində Bakı şəhərində keçiriləcək arıçılıq məhsullarının sərgi-satış yarmarkasına çıxarılacaq məhsullardan götürülmüş laboratoriya nümunələrinə əsasən məhsulları satış üçün tam yararsız çıxan arıçılar haqqında məlumat yayıb.
Kənd Təsərrüfati Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 40 arıçının satdığı bal yararsız çıxıb.
Yararsız bal Kürdəmirdən, Astaradan, Daşkəsəndən, Şamaxıdan, Gəncədən gətirilib.
İlhamə ƏBÜLFƏT