19 Oktyabr 2016 11:49
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fəcr” qəzetinə müsahibə verib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə,
Bakının yaxınlığında ziyarət olunmalı yerlər barədə sualı cavablandıran Əbülfəs Qarayev Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu, eləcə də tolerantlıqla bağlı dini abidə və məbədləri, habelə 743-cü ildə Şamaxıda tikilmiş ən qədim Cümə məscidini qeyd edib, adları çəkilən abidələr haqqında ətraflı məlumat verib.

Nazir ərəb turistlərinin bəyəndikləri yerlərə nəzər salaraq, bu xüsusda Qusar rayonunda yerləşən “Şahdağ” Qış-Yay Turizm Kompleksini, Qəbələ və Quba rayonlarını misal çəkib.


Müəllif:

Oxşar xəbərlər