2016-ci ilin 11 ayı ərzində Azərbaycanda 12 min boşanma qeydə alınıb.
Bu barədə Teleqraf.com-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, ötən ilin 11 ayı ərzində 60,8 min nikah və 12 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.
İlhamə ƏBÜLFƏT