Azərbaycan cinayət səviyyəsinə görən dünyanın ən təhlükəsiz ölkələri sırasında ilk iyirmiliyə daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Numbeo” saytında məlumat verilib.
125 ölkə arasında aparılan statistik araşdırmalar nəticəsində Azərbaycan 18-ci yerdə qərarlaşıb.
İlk onluqda Avstriya, Danimarka, Yaponiya, Belarus, Gürcüstan yer alıb.
Araşdırmaya görə, ən kriminal ölkələr Venesuela, Cənubi Afrika Respublikası, Nigeriya və Braziliya hesab olunub.