9 İyul 2014 14:52
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 8-də ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və Counterpart İnternational təşkilatı tərəfindən icra olunan Qadın İştirakçılığı Proqramın çərçivəsində Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən ibarət QHT Koalisiyası tərəfindən icra olunan “Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə İctimai vəkillik kampaniyası“ layihəsi çərçivəsində Siyəzən rayonunda polis işçiləri ilə “Məişət zorakılığı qurbanları ilə davranış qaydaları” mövzusunda seminar keçirilmişdir.

Seminarda yerli hüquq mühafizə orqanlarının işçiləri və maraqlı tərəflər iştirak edib.

Seminarın əsas mövzusu məişət zorakılığı, məişət zorakılğı qurbanlarının xarakterik xüsusiyyətləri və onlarla davranış qaydaları olub.


Müəllif:

Oxşar xəbərlər