"Beynəlxalq ictimaiyyət Xocalı soyqırımına müşahidəçi qalmamalı, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməlidir".
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş deyib.
Kurtulmuş Xocalı soyqırımının ildönümü ilə bağlı açıqlamasında bildirib ki, 25 il öncə ermənilərin Xocalıda törətdikləri soyqırımını niftərlə anır: "Unutmadıq, unutdurmayacağıq".
Onun sözlərinə görə, Qərb dünyası ermənilərin 20-ci əsrdə törətdiyi soyqırıma göz yumur: "Azərbaycanlı qardaşlarımızın acısı bizim acımızdır. Xocalı şəhidlərinə bir daha rəhmət diləyirəm".
Samir