Erməni fotoqraflarının və videooperatorlarının əvvəlcədən hazır vəziyyətə gətirilməsi əbəs yerə deyildi. 1988-ci ilin fevralın 27-dən 28-ə keçən gecə baş verən Sumqayıt hadisələri azərbaycanlılara qarşı qurulan xain planın tərkib hissəsi idi. Bu ssenarini isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ermənilərlə birgə hazırlamışdı.
Məqsəd isə dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa qaldırmaq idi. Sumqayıt hadisələrinin əsas təşkilatçısı 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunub ümumilikdə 9 il 2 ay həbsxanada yatmış milliyyətcə erməni olan Qriqoryan Eduard Robertoviç idi. Öldürülən 26 ermənidən 6-sını şəxsən Qriqoryan qətlə yetirmişdi. Onun başçılıq etdiyi dəstə isə qurbanları təsadüfən seçmirdi. Onların hədəfində erməni millətçilərinin Krunq Cəmiyyətinə pul verməkdən imtina edənlər dururdu. Kin, nifrət ermənilərin gözünü elə tutur ki, hətta öz millətindən olan xəstə körpəyə də acımırlar. O vaxtlar Sumqayıt şəhərinin baş pediatrı işləyən Xalidə Quliyeva hadisələri belə xatırlayır. Sumqayıt hadislərinin planlı şəkildə həyata keçirildiyini təsdiqləyən kifayət qədər faktlar mövcuddur. 1988-ci ildə Sumqayıt şəhər Milis İdarəsində partiya komitəsinin katibi olan mayor Hüseynağa Xancanov hadislərlə bağlı açılan cinayət işinin istintaqına cəlb olunur. Təbii ki, o dövr üçün bu kimi təkzibolunmaz faktlar SSRİ rəhbərliyinə sərf etmirdi. Ancaq 2011-ci ildə Prezident İlham Əliyev Sumqayıt hadisələri ilə bağlı cinayət işinin istintaqının yenilənməsi barədə tapşırıq verir. İstintaq qrupu Sumqayıt hadisələrinin çoxsaylı şahidləri, SSRİ prokurorluğunda istintaq qrupuna daxil olan müstəntiqləri dindirir. Araşdırmalar bu hadisələrin sifarişçiləri və təşkilatçılarının sovet rəhbərliyində təmsil olunan ermnənipərəst dairələr, erməni millətçiləri və separatçılarının olduğunu təsdiqləyir.