3 Aprel 2017 09:59
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Babək prospekti və Məhəmməd Hadi küçəsinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-dən Teleqraf.com-a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq Məhəmməd Hadi küçəsinin Babək prospekti ilə kəsişən hissəsində, həmçinin Babək prospektinin şəhər istiqamətinə doğru Məhəmməd Hadi küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.

Məhdudlaşdırma təmir işlərinin aparıldığı zolaq üzrə tətbiq edilir, digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalır. Sözügedən ərazilərdə asfalt-beton örtüyünün yenilənməsi işləri 2 gün ərzində davam etdiriləcək.

Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq həmin istiqamətlərdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.


Müəllif:

Oxşar xəbərlər