22 İyul 2017 12:15
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin əvvəlindən bu günə kimi xilasetmə avadanlıqları ilə təchiz olunmuş çimərliklərdə 83 nəfər suda boğulmaq təhlükəsi ilə üzləşib.

Bunu Teleqraf.com-a açıqlamasında Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Xilasetmə və dalğıc işləri şöbəsinin müdiri Elsevər Həsənov deyib.

Onun sözlərinə görə, suda boğulmaq təhlükəsi ilə üzləşənlərdən 65 nəfəri xilasetmə avadanlıqları ilə təchiz olunmuş çimərliklərdə xilas edilib: “18 nəfər isə qeyri-çimərlik su hövzələrində xilas edilib”.

Elsevər Həsənov qeyd edib ki, statistika günü-gündən artır: “Vətəndaşlara küləkli havada dənizə girməmək üçün xəbərdarlıq edilsə də, bəziləriləri buna əhəmiyyət vermirlər”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər