Teleqraf.com xəbər verir ki, bu barədə "ESET" antivirus şirkəti məlumat yayıb.
Hakerlər istifadəçiyə messencer üçün abunə vaxtının başa çatdığı haqda məlumat verirlər. Bundan sonra ödəniş etmək üçün bank kartının məlumatları tələb olunur. İstifadəçi tələbləri yerinə yetirdikdə bank məlumatları hakerlərin əlinə keçir.
"Votsap" istifadəçilərinə müraciətdə bildirilir ki, bu mesencer tamamilə ödənişsiz xidmətdir və insanlardan heç kəs hansısa kod, şifrə tələb edə bilməz.