25 İyul 2014 14:42
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 2014-cü ilin I yarımilliyinin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Fondun mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, iclasda çıxış edən DSMF sədri Elman Mehdiyev 2014-cü ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O, bildirib ki, fondun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2014-cü ilin 6 ayında da uğurla davam etdirilib. DSMF sədri ötən illərdə olduğu kimi, 2014-cü ildə də Azərbaycanda həyata keçirilən sığorta - pensiya islahatlarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. DSMF-nin əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq cari ilin oktyabr ayında Beynəlxalq Sosial Təminat Assosiasiyasının sığorta-pensiya sistemində elektron xidmətlər mövzusunda beynəlxalq konfransının Bakı şəhərində keçiriləcəyini diqqətə çatdırıb.

Elman Mehdiyev həmçinin bildirib ki, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində DSMF və Avropa İttifaqının birgə layihəsi fəaliyyətini uğurla davam etdirir.

Sonra Fondun aparatının ayrı-ayrı şöbələrinin müdirləri hesabat dövründə həyata keçirilmiş tədbirlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı çıxış ediblər. Kollegiya iclasında Fondun yerli orqanlarının 2014-cü ilin I yarımilliyindəki fəaliyyəti ətraflı təhlil edilib.

İclasda “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda icrası 2014-cü il üçün nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi istiqamətindəki tədbirlərlə bağlı ətraflı müzakirələr aparılıb. Müzakirələr zamanı məcburi dövlət sosial sığortasının əhatə dairəsinin genişləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi, o cümlədən pensiya təyinatının avtomatlaşdırılması istiqamətində görülən tədbirlərin daha da sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Naibə


Müəllif:

Oxşar xəbərlər