29 Sentyabr 2017 11:45
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin güllələndiyi avtomobil Azərbaycandadır.

Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Canıyevin Beşiktaşda qətlə yetirildiyi "Range Rover” markalı, Aze 90 ND 011 dövlət nömrə nişanlı maşın bu günlərdə istintaq işi başa çatdığı üçün Bakıya gətirilib.

Əldə etdiyimiz məlumata görə, avtomobil "qanuni oğru”nun Bakıdakı bağ evində saxlanılır.

Xatırladaq ki, Azərbaycanlı qanuni oğru Rövşən Canıyev("Rövşən Lənkəranski”) 2016-ci il avqustun 18-də Türkiyədə öldürülüb. "Rövşən Lənkəranski” kimi məşhurlaşan Rövşən Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan "Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb və qanlı hadisə nəticəsində qətlə yetirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər