23 Noyabr 2017 02:15
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Ünsiyyətdə aktivlik artır, yeni tanışlıqlar mümkündür. Dost və qohumluq əlaqələri daha da möhkəmlənir.

Günün ikinci yarısı münasibətlərdəki ahəngdarlıq pozulacaq, fikir ayrılıqları üçün xeyli səbəb yaranacaq. Maliyyə məsələləri, məişət problemləri ciddi narazılıq yarada bilər. Sükan arxasında uzaq səfərlərə çıxmaq məsləhət deyil.

Buğa - Bu mürəkkəb gün hətta ən enerjili Buğaları da yoracaq. Nəinki öz problemlərinizi həll etməli, üstəlik qohumlarınızın arasında yaranan fikir ayrılıqlarını da aradan qaldırmalı olursunuz - bu isə həddən artıq bezdirici işdir. Sizin üçün xoş olmayan etiraflar mümkündür. Elə bir məlumat alacaqsınız ki, onunla nə etməyi bilməyəcəksiniz.

Əvvəlcədən qurduğunuz planları reallaşdırmaq imkanı yaranmır və siz pərt olursunuz. Münasibətlərdə ehtiyatlı olun, başqasının təsiri altına düşə bilərsiniz.

Əkizlər - Gün gözlənilməzliklər gətirir - hərdən xoş, hərdən də dərdə salan. Bilirsiniz ki, baş verənləri götür-qoy etmək lazımdır, ancaq heç cür sakitləşə bilmirsiniz. Üstəlik, heç düşünməyə vaxtınız da yoxdur. Yaxşı olar ki, kənardan verilən məsləhətlərə deyil, intuisiyanın səsinə qulaq asasınız.

Evdə özünüzü daha rahat hiss edirsiniz. Uzaq səfərlərə getmək, ekzotik əyləncə mərkəzlərində yeni təəssüratlar axtarmaq məsləhət deyil. İnsanların çox olduğu yerlərə getməyin, kütlə qarşısında çıxışlardan çəkinin.

Xərçəng - Günün əvvəlində sizə elə gələcək ki, uğur üzünüzə gülür və tezliklə nailiyyət qazanacaqsınız. Ancaq bir müddət sonra aydın olacaq ki, işlər, düşünüldüyü qədər də yaxşı deyil. Sizə birbaşa aid olmayan xeyli problemi həll etməli olacaqsınız. İrimiqyaslı layihələr üzərində işə başlamaq əvəzinə, cari işlərlə məşğul olun.

Günün ikinci yarısında kefiniz pozulacaq: yaxınlarınızın halına acımaq gərək. Sizin mənfi emosiyalarınızın qurbanları ən çox sevdiyiniz insanlardır. Düşünmədən dediyiniz sözlərə görə üzr istəməli olacaqsınız.

Şir - Kütlə qarşısında çıxış məsləhət görülmür. Sövdələşmələr bağlamağa tələsməyin.

Peşəkar və şəxsi məsələləri bir-birindən fərqləndirmək lazımdır. Şəxsi simpatiya və antipatiyanın iş yerində, iş yerinin problemlərinin isə evdə bir işi yoxdur. Sonradan böyük bir problemə çevrilə biləcək xırda xoşagəlməzliyi görmək həmişə mümkün olmur.

Qız - Çətin, amma məhsuldar gündür. Bəzən mənfi tendensiyaların təsiri özünü göstərir, amma siz onlarla mübarizə üçün qüvvənizi əsirgəmir və pis vəziyyətdən çıxış yolunu tez tapırsınız. İşdə uğurlar, karyera pillələri ilə qalxmağınız mümkündür. Bunun üçün təkcə müvəffəqiyyətlərinizi deyil, həmçinin cazibənizi də nümayiş etdirməli olacaqsınız.

Çətinliklər məhz sizin onları heç gözləmədiyiniz yerdə yaranır. Məsələn, dəstəyinə və anlayışına güvəndiyiniz adam özünü tamamilə başqa cür apararaq sizi incidə bilər.

Tərəzi - Mürəkkəb məsələlərə diqqət yetirin - onlar üzərində iş sizə maraqlı və faydalı olacaq. Yeni təcrübə qazanmaq, peşə təcrübənizi artırmaq imkanı yaranıb. Ətrafınızdakıların sizin barənizdə nə fikirləşdikləri, rəhbərliyin müvəffəqiyyətlərinizin fövqündə olub-olmadığı barədə yox, gördüyünüz işlərin xoş sonluğu barədə düşünün. Əməkdaşlıqdansa, müstəqil işləməyə üstünlük verin.

Şəxsi xarakterli istənilən məsələnin həlli zamanı bütün maraqlı tərəflərin rəyini nəzərə alın. Sizdən müəyyən qurbanlar tələb olunur, ancaq bunlar sizi təşvişə salacaq dərəcədə qorxulu və dəhşətli deyil.

Əqrəb - Danışıqlar pis keçmir, ancaq nəzərə almaq lazımdır ki, əldə edilən razılaşmanı tam hesab etmək olmaz. Yeni iş ortağınız və ya rəhbərlik barədə isə dolğun və düzgün qənaətə gəlmək olar.

Şəxsi həyatda güclü dəyişikliklər gözlənilmir. Burada daha çox sabitləşməyə, mövcud əlaqələrin möhkəmləndirilməsinə meyl var. Yeni tanışlıqlar xoşdur, amma çətin ki, ciddi davamı olsun.

Oxatan - Maliyyə məsələlərinin həlli və kommersiya fəaliyyəti uğurlu olacaq. Oxatanlar çətin situasiyalarda düzgün qərarlar qəbul edir, rəqiblərinə (hətta onlar hiyləgər metodlardan istifadə etsələr belə) üstün gəlirlər.

Şəxsi həyatınızda da müsbət tendensiyaların təsiri güclüdür: yaxşılığa doğru dəyişiklik mümkündür. Təşəbbüs göstərə, hisslərinizi etiraf edə, nəyi istəyirsinizsə, məhz onu edə bilərsiniz. Dəyərli hədiyyələr, yaxınlarınızdan xoş sürprizlər ala bilərsiniz.

Oğlaq - İşdə problemlər sizin öz günahınız ucbatından yaranır, çünki işdən başqa hər şey barədə fikirləşirsiniz. Hesablarda səhv etməniz mümkündür, danışıqlarda pərtlik yarana bilər, həmçinin yerinə yetirə bilməyəcəyiniz vədlər verə bilərsiniz. Kütlə qarşısında çıxışlardan çəkinin.

Gün sizi əsl mənəvi bağların birləşdirdiyi insanlarla ünsiyyət üçün daha münasibdir. Səmimi etiraflar edə, sizi çoxdan narahat edən problemlərdən danışa bilərsiniz. Alış-verişə çıxmaq məsləhət deyil, pul sizə hələ lazım olacaq.

Dolça - İntellektual potensialınız çox yüksəkdir. Bu da o deməkdir ki, öhdəsindən gələ bilməyəcəyiniz problem yoxdur. Eksperimentlərə hazırsınız və onlar dedikcə əla nəticələr verir. Maraqlı tanışlıqlar mümkündür. Ola bilsin ki, dostlarınızdan biri sizi doğrudan da gözəl bir insanla tanış etsin.

Təhsil və dünyagörüşünün artırılmasına xidmət edən məşğuliyyətlərə üstünlük verin. Ən adi vərdişlərdə özünüz üçün yenilik tapa bilərsiniz. Uzaqdan vacib xəbərlər ala bilərsiniz.

Balıqlar - Mənfi tendensiyaların güclü təsirinə baxmayaraq, səhər çağı müəyyən nailiyyətlər əldə edə bilərsiniz. Enerjiniz və sağlam düşüncəniz bütün işlərdə köməkçinizdir. Bunların sayəsində çətinlikləri aşa, səhvlərdən qurtula bilərsiniz. Ən çətin anlarınızda dostlarınız köməyinizə gələcəklər.

Axşam isə bir qədər gərgin keçəcək. Mənəvi tarazlığınızı itirir, mənfi emosiyalarınızın təsiri altına düşürsünüz. Üstəlik, bu dövrdə sizi idarə etmək asanlaşır və çox güman ki, düşmənləriniz bundan istifadə etməyə çalışacaqlar./Milli.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər