21 Dekabr 2017 13:13
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən Yeni il hədiyyə qutularının üstündə tarix qoyulur, amma bu, qutunun içırisindəki qidalara şamil olunmaya bilər. Yararlılıq tarixi əsasında uşaqlara həmin hədiyyə qutularındakı qidaları vermək risklidir. Vətəndaşlar hədiyyə alarkən diqqətli olmalıdırlar.

Teleqraf.com xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor əvəzi İmran Abdullayev deyib.

Onun sözlərinə görə, ötən illər ərzində hədiyyə qutularının üzərində istifadə müddəti bitmiş məhsulların satışı qeydə alınıb:

"Əvvəllər köhnə şirniyyatların qutulara yığılıb satılması baş verirdi. Amma indi sahibkarlıq fəaliyyətinin yoxlanılması dayandırıldığından qutularla bağlı yoxlama apara bilmirik. Dəqiq deyə bilmərik, bu hallar hələ də davam edir, yoxsa yox. Biz müraciət olmadan yoxlama apara bilmirik".

İmran Abdullayev bildirib ki, bu ilin sonundan qida təhlükəsizliyi məsələsinə RGEM yox, yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.


Müəllif: Könül

Oxşar xəbərlər