Bayram ərəfəsində “Şahdağ” Turizm Mərkəzini 16 mindən çox turist ziyarət edib.
Bu barədə Teleqraf.com-a “Şahdağ” Turizm Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Mustafayeva deyib.
Gülnar Mustafayeva qeyd edib ki, ziyarətçilərdən 40 faizdən çoxu məhz xizək sürmək üçün mərkəzə üz tutan həvəskarlardır.
Bayram günlərində turistlərin isirahətini və bayram tətillərini ən yüksək səviyyədə təşkil etmək üçün turizm mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.