Bakı şəhəri Məhəmməd Hadi küçəsindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar, 24 yanvar tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Teleqraf.com-a Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.