7 Fevral 2018 13:00
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonu Sülüeyman Sani Axundov-Abay Kunanbayev küçələri təmir olunandan bir gün sonra asfaltlanmış yolda qazma işi aparılmağa başlanıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları qazma işlərinin aparılmasını kanalizasiya quyularının qapağının yerləşdirilməsi ilə izah ediblər:

“Yol çəkilir, daha sonra ərazidə kanalizasiya quyusu olan yer xüsusi cihazla tapılır. Asfaltın hündürlük səviyyəsinə uyğun kanalizasiya qapağı yerləşdirilir. Qazmanın səbəbi nəyinsə düzgün planlaşdırlmaması ilə bağlı deyil. Bu işin qaydası belədir”.

Qeyd edək ki, yanvar ayının 8-dən etibarən Binəqədi rayonunda Sülüeyman Sani Axundov-Abay Kunanbayev küçələrində yol və səkilərin təmirinə start verilib.

Foto: Elnur Muxtar


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər