2018-ci ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 9493 yeni abonent qeydiyyata alınıb ki, bunun da 7324-ü Bakı, Abşeron və Sumqayıt, 2 169-u isə regionlar üzrədir.
Azəriqaz İB-dən Teleqraf.com-a verilən məlumata görə, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 106 635-ə çatıb.