Dünyanın məşhur onlayn xəritə platforması olan "Quql məps" Azərbaycan ərazilərini şübhə altına alan addımlar atmaqda davam edir. Bu platformada işğal altında olan rayonlarımızın adları Azərbaycan dili ilə yanaşı, erməni dilində də verilir. Xarici İşlər Nazirliyi isə bu məsələdə vətəndaşları fəal olmağa çağırır.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Haciyev deyir ki, bununla bağlı dəfələrlə "Quql" şirkətinin mərkəzi ofisinə müraciətlər gondərilib və rəsmi diplomatik kanallarla birgə məsələ şirkət qarşısında qaldırılıb. Şirkətdən verilən cavab isə ondan ibarət olub ki, "quql məps" istifadəçilərin fərdi yaradıcılığı prinsipi əsasında fəaliyyət göstərir. Hikmət Haciyev deyir ki, bu halda vətəndaşlar fəal şəkildə bu kimi neqativ halların qarşısını almaq üçün öz səylərini əsirgəməməlidirlər...
Hikmət Haciyev deyir ki, Azərbaycan tərəfi siyasi müstəvidə məsələ ilə bağlı BMT-nin kartoqrafiya komitəsinə də müraciət edib..
Hikmət Haciyev məsələ ilə bağlı diaspora təşkilatları ilə birlikdə adların dəyişdirilməsi istiqamətində tədbirlərin görüldüyünü bildirib.