21 İyun 2018 19:35
1 229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquqşünas Erkin Qədirli son günlərdə ölkədə azyaşlı qızlara qarşı baş vermiş cinsi zorakılıq hadisələrinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, belə hadisələr vaxtı insanların yanlış qərarlar qəbul etdiklərini bildirib.

Erkin Qədirli bununla bağlı müvafiq hüquqi addımların atılmalı olduğuna diqqət çəkib: “Zorlamada, eləcə də cinsi zorakılığın başqa yollarıyla bağlı cinayətlərdə, tərəflərin barışığı nəzərə alına bilməz. Ailə qayğıları, maddi təzminat, namus, qeyrət, kəbin, hətta rəsmi nikah və sair məsələlər burada keçərli sayılmır. Bu cinayətin qanun çərçivəsində təqibi dövlətin suveren maraqlarından biridir.

Bu, dövlət üçün yalnız maraq deyil, həm də bir öhdəlikdir. Bunu hüquq tələbələri də bilir”.

Qeyd edək ki, Lerik rayonunda cinsi zorakılığa məruz qalan 13 yaşlı qız ailəsinin təzyiqi ilə zorakılığı həyata keçirən tərəflə evlənməyə məcbur edilib. Bununla bağlı tərəflər arasında razılaşma olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər