25 İyun 2018 16:36
2 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

2000-ci il 25 aprel tarixində Əbülfəz Elçibəy Mərdəkan qəsəbəsində AXCP-nin Salyan rayon təşkilatının fəalları Seymur, Məhəmməd, Namiq və məni çox kasıb bir bağ evində qəbul etdi.

Teleqraf.com xəbər verir ki, bunu AXCP-nin Salyan rayon təşkilatının sabiq sədri Ədalət Yusub Feysbuk səhifəsində “Bir şəkilin tarixçəsi” adlı statusunda yazıb.

O, qeyd edib ki, Əbülfəz Elçibəylə Salyan cəbhəçilərinin görüşü uzun çəkib:

“Söhbətimiz uzun çəkdi. Səhhətində müəyyən narahatlıq müşahidə edilsə də, Əbülfəz bəy bunu büruzə vermirdi. O, sözarası adamın qıçları şişəndə, ayaqları ağrayanda biz tərəfdə hansı tədbirlərin alındığını soruşdu. Dostlarla birlikdə bildiyimiz tədbirləri sadaladıq. Müəyyən söhbətdən sonra bəlli oldu ki, bizə ünvanlandığı suallar əslində Bəyin səhhətindəki problemlərlə bağlıdır. Keçirdiyimiz narahatlıqdan dolayı səhhətindəki problemin səbəbini soruşduqda şok cavab aldıq. Məni zəhərləyiblər! “Kim, nə üçün, hansı şəraitdə?” suallımıza isə “Millətin içərisində düşmənim olduğuna inanmıram. Mənim düşmənim əsasən, PKK və ETTELAAT-dır” deyə konkret cavab verdi.

Ədalət Yusub daha sonra qeyd edib: “Düşmənlər Səni fiziki baxımdan yox etməklə düşündülər ki, onların maraqları acısından problem bildikləri hər şeyi qapatdılar. Ancaq yanılırlar. Yolun yolumuzdur, Bəy. O yolda yürüyən minlər, yüzminlər bir gün mənzil başına varacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər