18 İyul 2018 16:31
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada hər şeyi baş nazir həll edir. Ölkə prezidenti hökumətin işinə müdaxilə edə bilmir, o, sadəcə ölkələri səfər edir, siyasi bəyanatlar verir. TAP-la bağlı problemlər mətbuatda həddən artıq şişirdilir. Reallıqda layihə icra edilir və zaman-zaman TAP konsorsiumu mütəmadi açıqlamalar verir. Hər hansı təşvişə ehtiyac yoxdur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri ilə TAP-la bağlı anlaşılmazlığa son qoyulacağı barədə deyilənləri şərh edərkən bildirib.

İlham Şaban hesab edir ki, təşviş doğuracaq məqam yoxdur: “Olsaydı belə, buna hökumətlər, eləcə də Azərbaycan hökuməti qarışardı. TAP-ın İtaliya hissəsinin tikintisinin dayandırıldığına dair yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Onun fikrincə, alternativ qaz tədarükçüsü olan ölkələrin regionda və Avropada yayımlanan KİV-lərdə apardığı anti-TAP kampaniyalarını ciddiyə alıb narahatlıq keçirməyə əsas yoxdur: “Bakı-Tbilisi-Ceyhan layihəsi ilə bağlı da antitəbliğat aparılmışdı, bir nəticəsi oldumu? Xeyr.”

İtaliya vətəndaşlarının etirazlarını xatırladan İlham Şaban qeyd edib ki, bu aksiyaların belə layihəyə təsir etmək baxımından ciddi əhəmiyyəti olmadı: “İtaliyadakı etirazlar siyasi-iqtisadi məsələlərə aid idi. Bu məsələ ilə bağlı İtaliyanın Azərbaycandakı enerji komissarına sual verdim ki, etirazlara necə baxırsınız, məsələni administrativ resurslardan istifadə edib həll etmək istəmirsiniz? Cavabında dedi ki, hər insanın öz haqqını tələb etmək üçün etiraz etmək haqqı var. Buna görə də belə məsələlərin üzərinə sərt formada getmək lazım deyil. Həmin məsələləri hüquqi müstəvidə həll etmək daha məqsədəuyğundur. İtaliyadakı məsələ də məhkəmədə hüquqi müstəvidə öz həllini tapdı”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər