23 Avqust 2018 17:53
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyada azanın səsinin yüksək olmasından şikayət edən buddist qadın həbs edilib.

Məhkəmə qadına dini təhqirə görə həbs cəzası verib.

Çin əsilli Meilina adlı 44 yaşlı qadın 2016-cı ildə Medan şəhərində azan səsi yüksək olduğuna görə məscidə gedərək səsin azaldılmasını istəyib.

Qadının şikayətindən sonra bölgədəki bəzi buddist məbədlər yandırılmışdı. Bundan qorxan çinlilər evlərindən qaçmışdılar.

Beynəlxalq Əfv Təşkilatının İndoneziya bürosu qərarı “gülünc” adlandırıb.

Meiliananın bu şikayətindən sonra ölkədəki 800 minə qədər məscidin səs sistemlərinə yenidən baxış keçirilib. Təxminən 260 milyon əhalisi olan İndoneziya əhalisinin 87 faizi müsəlmandır. Budistlər əhalinin 7 faizini təşkil edir.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər