Özbəkistan nümayəndə heyəti ÜST-nin Bakıdakı Əməkdaşlıq Mərkəzinə tanışlıq səfəri edib.
Teleqraf.com xəbər verir ki, Özbəkistan nümayəndə heyətinin bu gün Azərbaycanda Ədliyyə Nazirliyinin Tibb Baş idarəsinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə və həbsxanalarda vərəmlə mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Əməkdaşlıq Mərkəzinə tədqiqat səfərini əhatə edəcək beş günlük səfəri başlayıb.
Penitensiar sistem, vətəndaş cəmiyyəti təmsilçilərinin və ÜST-ün ofis nümayəndələrinin daxil olduğu 13 nəfərdən ibarət heyət həbsxanalarda vərəmin qarşısının alınması və müalicəsi barədə təlimdə iştirak edəcək.
“İcra edilən ‘Stop Vərəm‘ Strategiyası ÜST/Avropa tərəfindən penitensiar xidmət sahəsində ən uğurlu təcrübə nümunəsi kimi tanınıb” - ÜST Azərbaycan Ofisinin rəhbəri Hande Harmancı bildirib.