27 Sentyabr 2018 14:48
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orta məktəblərdə böyük summativ qiymətləndirmələr məktəb rəhbərliyi tərəfindən aparıldığından, onların dərs vaxtı deyil, dərsdən kənar vaxtda keçirilməsi planlaşdırılır.

Bu sözləri Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov bildirib.

Onun sözlərinə görə, yeni layihəyə əsasən kiçik summativ qiymətləndirmələr dərs vaxtında və bir dərs saatında, yəni 45 dəqiqiə ərzində keçirilməlidir.

Böyük summativ qiymətləndirmələrin keçirilməsi üçün isə ən çoxu 90 dəqiqə vaxtın ayrılması nəzərdə tutulur.

Təhsil eksperti Məlahət Mürşüdlü məsələ ilə bağlı fikirlərini Teleqraf.com-a bildirib.

Onun fikrincə, bu, müsbət yanaşmadır: “Biz illərdir summativ qiymətləndirmənin aparılmasının sadələşdirilməsini təklif edirdik, çünki qiymətləndirmənin müvafiq balla aparılması obyektivliyi təmin edir.

Fikrimcə, bazar günü qiymətləndirmə aparılması məsələsi hər bir məktəbin pedaqoji şurasının qərarı əsasında olmalıdır. Həftənin 5 günü dərsi olanlar bunu 6-cı gün aparmalarında bir problem yoxdur. Çünki qabaqda bazar günü istirahət günü var. Amma həftənin 6 gününü oxuyanların bir istirahət gününün əlindən alınmasını doğru hal hesab etmirəm.

Yenə deyirəm, məktəblərdə bazar günü imtahanı məktəb-valideyn birliyinin, pedaqoji şuranın, hətta şagirdlərin rəyi öyrənildikdən sonra təşkil edilə bilər.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər