2018-ci il oktyabr ayının 25-də Qazaxıstanın Almatı şəhərində MDB üzv dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 45-ci iclası keçirilib.
DTX-dən Teleqraf.com-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.