7 Dekabr 2018 10:46
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda icacəsiz ov edənlər saxlanılıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun Platina adlanan ərazisində icazəsiz ova cəhd edilib.

Araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Cənnət Zamanov, Ruxi Hüseynov və Zərdab rayon sakini Cavid Sadıqov olduğu müəyyən edilib və onlardan ov tüfəngləri götürülüb.

Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 3000 manat məbləğində cərimə tətbiq edilib.


Müəllif: Aytən

Oxşar xəbərlər