Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı, Sumqayıt, Gəncə şəhəri və Abşeron yarmadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparıb.
Nazirliyin mətbuat katibi İradə İbrahimovanın sözlərinə görə, həmin restoranlardan 223-də artıq müasir standartlara cavab verən qurğu quraşdırılıb: "İki restoran "Özkardeşlər" və "Qızıl balıq" adlı iaşə obyektləri məhkəmənin qərarı ilə bağlanıb".
İ.İbrahimova qeyd edib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində isə işlər görülür.