2 Fevral 2019 07:57
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sərnişin avtobusu magistral yolda 100 km/saat sürətlə hərəkət edib.

Teleqraf.com xəbər verir ki, görüntülər Qaradağ rayonu Sahil qəsəbəsi ərazisində çəkilib.

Yolda hərəkət edən başqa bir sürücünün iddiasına görə, qəsəbədən üzü şəhər istqamətində hərəkət edən 99-XX-184 dövlət qeydiyyat nişanlı avtobus sürücüsü sürəti saatda 100 km-ə qaldırıb. O, bununla bağlı videogörüntü çəkərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib.

Dünən səhər saatlarında çəkilən görüntünün izinə düşdük. Məlum oldu ki, həmin avtobus 149 saylı marşrut xəttinə aiddir.

Məsələ ilə bağlı daşıyıcı şirkətdən bildirildi ki, görüntülər çəkilən vaxtı həmin avtobusda sərnişin olmayıb. Yəni, sürücü tək olub. Həmin vaxt xətdə olan başqa bir avtobus xarab olub. Bu avtobus isə orada gözləyən sərnişinləri götürməyə gedirmiş.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, sürücünün avtobusu sürətlə idarə etməsi bütün hallarda yolverilməzdir. Sözügedən görüntülərə baxış keçirildikdən sonra məsələ araşdırılacaq. Daşıyıcı şirkət nümayəndəsi Agentliyə çağırılacaq və müvafiq tapşırıqlar veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər