26 Fevral 2019 18:38
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən “İqtisadi islahatlara jurnalist dəstəyi" mövzusunda seminar keçirilib.

Cebhe.info xəbər verir ki, iki gün davam edən seminara SBİİYF-nun prezidenti Sabit Bağırov açılış nitqi ilə çıxış edib. O, tədbir iştirakçılarını salamlayıb və bir dəqiqəlik sükutla 26 fevral - Xocalı soyqrımı qurbanlarını yad edib.

Sonra təlimi iqtisadçı-ekspert Rövşən Ağayev "Regionların sosial-iqtisadi inkişafının qiymətləndirilməsi: Media üçün təklif olunan yanaşma" mözusunda davam etdirib.

Təlimi iqtisadçı-ekspert Samir Əliyev "Bank sektorunun mövcud vəziyyəti və gözləntilər" mövzusunda çıxış edib. O, son illər bank sektorunun mənfəəti azalıb, bankların mənfəəti 883,6 milyon manatdan (2017) 279,4 milyon manata düşüb:

“Buna baxmayaraq sektorda işçilərin sayı artıb. 2017-ci ildə bank sektorunda çalışan işçilərin sayı 4,6% azalaraq 16947-dən 16171-ə düşdüyü halda 2018-ci ildə 17415-ə yüksəlib. Buna səbəb bağlanan bakların işçiləri digər fəaliyyətdə olan bank filallarına yerləşdirilməsidir. Bankların xidmət şəbəkələrinin də sayı azalıb. Buna da səbəb bağlanan banklardır".

O, bank sektoru üçün çağırışlar mövzusunda danışarkən problemli kreditlər, izafi likvidlik, konsentrasiya, resursların diversifikasiya problemi, real sektorda yüksək risk səviyyəsi, girov mexanizmlərinin təkmil olmamasının vacibliyinə də toxunub.

Seminar fevralın 27-də davam etdiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər