Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı jurnalist, İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov hüquqşünas ixtisasına yiyələnib.
Teleqraf.com xəbər verir ki, bu barədə onun yaxın dostu, “Elman Qrup” beynəlxalq hüquq kompaniyasının rəhbəri Elman Paşayev məlumat yayıb. O, F.Abbasovun məzun törənindən fotosunu sosial şəbəkədə paylaşaraq ona uğurlar arzulayıb.
Qeyd edək ki, F.Abbasov 1976-cı ildə Bakıda anadan olub. 1993-cü ildə 95 saylı orta məktəbi bitirib. 1994-2000-ci illərdə İstanbul Universitetinin jurnalistika fakültəsinin radio-televizya bölümündə ixuyub. 1997-ci ildən “İhlas” Xəbər Agentliyində işləməyə başlayıb.
1998-ci ildə agentliyin Moskva bürosunu qurub ora xüsusi müxbir təyin olunub. 2016-cı ilin aprel döyüşlərindən sonra Rusiya televiziyalarında qatıldığı tok-şoularda Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etməsi bu ölkədəki bəzi dairlərin xoşuna gəlməyib. Təzyiqlər jurnalistin işini itirməsi ilə nəticələnib.
F.Abbasov hazırda yaratdığı mərkəz və MİSRA TV vasitəsilə öz fəaliyyətini davam etdirir.