Biləcəri qəsəbəsi, Ordubadi küçəsində təmir-tikinti işlərinə başlanılır.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə martın 7-də səhər saatlarından etibarən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsində təmir-tikinti işlərinə start verilir. Bununla əlaqədar olaraq yolda hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.