Böyük qardaşım Məhərrəm Əliyevin Bakının Nizami rayonu ərazisində yanan “Diqlas” ticarət mərkəzi və ümumiyyətlə, heç bir ticarətlə bağlı obyektlərə dolayısı ilə əlaqəsi yoxdur.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Adil Əliyev qardaşı ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevin “Diqlas” ticarət mərkəzində obyektləri olması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
Millət vəkili dayısı oğlu Nadir Əzizovun “Ramal” adlı ticarət mərkəzinin sahibi olduğunu bildirib: “Həmin ticarət mərkəzi də Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti, istər “Diqlas”, istərsə də “ Ramal” özlərinin sağlığına qismət olsun. Bizim qürurumuz, namusumuz, şərəfimizdir. Kimsə bilərəkdən və ya bilməyərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.
Xatırladaq ki, “Diqlas” ticarət mərkəzindəki obyektlərin böyük qisminin general-leytenant Məhərrəm Əliyevin olmasına dair iddialar səslənir.