Türkiyənin Ankara Universitetində fəaliyyət göstərən azərbaycanlı professor Nəsib Nəsiblinin yeni kitabı işıq üzü görüb.
Teleqraf.com xəbər verir ki, bu barədə professorun özü məlumat verib.
“Azərbaycan tarixi: millət, dövlət,siyasət” adlı kitab Ankarada türk dilində nəşr edilib.
Xatırladaq ki, sabiq deputat Nəsib Nəsibli Müsavat Partiyasını bərpa edənlərdən sayılır, uzun illər siyasətlə məşğul olub.
Ancaq bir neçə il əvvəl siyasətdən gedib, daha çox elmi-pedaqoji fəaliyyətlə məşğuldur.