15 İyul 2019 00:12
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova vəfat edib.

Bu barədə həmin teatrın aktrisası Telli Hüseynova məlumat verib.

O, 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1957-ci ildə Bakıda anadan olan Hidayətova Elmira Xalıq qızı "O olmasın, bu olsun", "Hələlik", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Məhəbbət oyunu", "Qırmızı papaq", "Şən dul qadın", "Əlin cibində olsun" və s. tamaşalarda iştirak etmişdi.

/Qaynarinfo/


Müəllif: Teleqraf.com