22 İyul 2019 16:36
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə səfirliyinin mətbuat müşaviri Həmid Qaradəniz 22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərini təbrik edib.

Bu barədə Teleqraf.com-a mətbuat müşaviriliyindən məlumat daxil olub.

Təbrikdə deyilir:

“Bu gün Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə təməlini qoyduğu Azərbaycan milli mətbuatının 144-cü ildönümü qeyd olunur. Milli mətbuatın yaranması Azərbaycan xalqının taleyində dönüş nöqtəsi oldu. Sağlam təməllər üzərində qurulan 144 illik Azərbaycan mətbuatı, keşməkeşli və çətin yollardan keçərək bu gün özünün yüksək inkişaf dövrünü yaşayır. Bu inkişafda əməyi və töhfəsi olan bütün media nümayəndələrini əlamətdar gün münasibətilə ürəkdən təbrik edir və bu müqəddəs yolda yeni-yeni uğurlar arzu edirəm”.


Müəllif: Səxavət

Oxşar xəbərlər