Sarımsaq həm klinik, həm də laboratoriya tədqiqatları nəticəsində bir çox faydaları olan bitki kimi təsdiqlənib. Əksər insanların qoxusundan dolayı sevmədiyi sarımsaq inanılmaz xüsusiyyətlərə malikdir.
Teleqraf.com xəbər verir ki, sarımsağın xərçəng hüceyrələrinə təsiri onun birinci yararlılığıdır.
Türkiyəli həkim Kainat Cəbi sarımsağın antibiotik dərmanlarla rəqabət apara biləcəyini söyləyib.
Həkim çiy sarımsaqdan istifadənin daha təsirli olduğunu bildirib.
Çindəki araşdırmalar mədə xərçəngi olan insanlarda sarımsaqdan istifadə zamanı ölüm riskinin azaldığını müəyyən edib.
Bənzər bir araşdırma isə İtaliya və Amerikada aparılıb. Laboratoriya mühitində xərçəng toxuması üzərində aparılan araşdırmalar sarımsaqdan istifadənin xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə azaltdığını göstərib.
Burada vacib bir məqamı vurğulamaq lazımdır. Sarımsaq bişirlən zaman daxilində olan vitaminlər faydalılığını itirir. Yəni xərçəngə qarşı effektiv mübarizə aparan antikanserogen hesab etdiyimiz bu amil yoxa çıxmış olur. Başqa sözlə, sarımsaq bişdikdə və ya 1 saniyə mikrodalğalı sobaya qoyulduqda müalicəvi xüsusiyyətlərini itirir.
Sarımsaq kimya fabriki kimidir. 200-dən çox birləşmədən ibarətdir. Lakin onlar əsasən sarımsağın xarakterik qoxusunu təşkil edən kükürd birləşmələridir. Onlardan ən məşhuru alisin adlı bir kimyəvi maddədir. Bu kimyəvi maddə bir qayda olaraq aktiv deyilsə, sarımsağı əzdiyiniz zaman hüceyrələrdə bir sıra kimyəvi reaksiyalar baş verər. Başqa sözlə, sarımsağa qoxusu və müalicəvi xüsusiyyətləri verən molekullardan biri də allisindir.
Amerikada temperaturun allisinə təsirini yoxlamaq üçün araşdırma aparılıb. Bir heyvan qrupundan olan xərçəng hüceyrələri istifadə edilib. Sarımsağı mikrodalğalı sobada 60 saniyədə və ya bir sobada 45 dəqiqə qızdırdıqdan sonra antikanserogen xüsusiyyətini itirdiyi təsdiqini tapıb.
Bütün bu nəticələrə əsaslanaraq, sarımsağın xam və istehlak edilməsini məsləhət görürük.