17 Sentyabr 2014 20:11
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi bu təsisatın inkişafına xidmət edir”.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, qanunvericiliyə edilən yeniliklər yerli özünüidarəetmə orqanlarının işini təkmilləşdirilməsinə və şəffaflığın təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, bütün bunlar zəruri məsələlərdir:

“Bələdiyyələr yerli sosial-iqtisadi məsələlərin həlli ilə getdikcə daha yaxından məşğul olurlar. Onların maliyyə imkanları genişləndikcə bu prosesdə aktivliyi daha da artır. Buna görə də, maliyyə şəffaflığının təmin olunması istiqamətində atılan addımlar prosesə müsbət təsirini göstərəcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər